Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 11:56
Livanın xüsusi xidmət orqanının əməkdaşları paytaxt Beyrutda kafelərə və gecə klublarına hücumlar hazırlayan təhlükəli terrorçunu saxlayıblar.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik xidmətindən verilən açıqlamada bildirilib ki, saxlanılan şəxs İŞİD terror qruplaşması ilə əlaqəsi olan 20 yaşlı bir suriyalıdır.
"Dindirilmə zamanı o, etiraf edib ki, partlayıcı kəmərlər, kustar bombalar və terror hücumları zamanı istifadə ediləcək silahlar hazırlamaqla bağlı Suriyadakı İŞİD liderlərindən tapşırıq alıb", - sənəddə belə deyilir.
Hücumun Furn-Şebbak bölgəsindəki hərbi postlardan birinə qarşı hazırlandığı, bundan başqa, Badaro məhəlləsindəki kafe və gecə barlarının hədəfə alındığı bildirilir.