Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' prezident namizədinin yalanı ortaya çıxdı

''Barselona'' prezident namizədinin yalanı ortaya çıxdı

Tarix: 1 Yanvar 2021 09:00

"Barselona" prezidentliyinə namizəd olan Viktor Fontun iddiası bir daha inkar edilib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, namizədin baş məşqçi və idman direktoru ilə bağlı verdiyi açıqlamalar həqiqəti əks etdirmir.

Belə ki, Viktor prezident seçilərsə, Xavinin baş məşqçi, İordi Kroifun isə klubun idman direktoru olacağını demişdi.

Lakin Kroif bildirib ki, "Shenzen" klubunun baş məşqçisi kimi görəcək işləri var və "Barselona" klubunun seçim kampaniyasındakı məsələylə əlaqəsi yoxdur.

Qeyd edək ki, ötən həftələrdə Xavi Ernandes də bu iddiaları yalanlamış, 2022-ci il Dünya Çempionatınadək Qətərdə qalacağını bildirmişdi.


Etiketlər:  Barselona prezident namizədinin yalanı ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ