Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un “Britaniya ştammı” Çinə də çatdı

COVID-19-un “Britaniya ştammı” Çinə də çatdı

Tarix: 1 Yanvar 2021 12:00

Böyük Britaniyada aşkarlanan COVID-19-un yeni ştammına Çində rast gəlinib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "China Daily" qəzeti bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatına istinadən məlumat yayır.

Bir həftə əvvəl Çinin COVID-19-un yeni bir növünün qeydə alındığı Britaniya ilə uçuşlarını müvəqqəti dayandırmağa qərar verdiyi bildirilib.

Hesab edilir ki, o, adi formadan daha təhlükəli deyil, ancaq əhəmiyyətli dərəcədə daha sürətlə yayılır.

Çin pandemiyanın başlanğıcında ilk koronavirus ocağı oldu, lakin bu günə qədər Britaniya da daxil olmaqla bir sıra digər ölkələrdə qeydə alınan yoluxma hadisələrinin sayı əhəmiyyətli dərəcədə çoxdur.


Etiketlər:  COVID Britaniya ştammı Çinə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ