Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədən yeni hərbi-texnoloji layihə - ORKA

Türkiyədən yeni hərbi-texnoloji layihə - ORKA

Tarix: 2 Yanvar 2021 22:20

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin hazırladığı yerli və milli torpedo ORKA Dəniz Qüvvələri Komandanlığının yüngül torpedo ehtiyaclarını qarşılayacaq.

Milli.Az techland.az-a istinadən bildirir ki, 324 millimetrlik Torpedo İnkişaf Layihəsi (ORKA) kimi adlandırılan layihə, ROKETSAN-ın təşkilatçılığı ilə hazırlanacaq. Layihə ilə Türkiyənin bu sahədəki xaricdən asılılığının sona çatacağı bildirilir.

Məlumata görə, bu məqsədlə ilkin imzalama işləri başa çatıb. Sözügedən layihənin Dəniz Qüvvələri inventarında yerüstü və uçan platformalarda istifadə ediləcəyi bildirilir.

Naviqasiya, inkişaf etmiş axtarış və hücum qabiliyyətlərinə malik milli torpedo ORKA aldatma və müdaxilə xüsusiyyətlərini də özündə birləşdirəcək. Bu, ORKA-nın hədəf üzərində səmərəliliyini daha da artıracaq. ORKA-nın hazırlanmasında AKYA Ağır Sinif Torpedo Layihəsinin də rolu olacaq. Bu layihə həm də ROKETSAN və ASELSAN tərəfindən hazırlanıb.

Qeyd edək ki, ROKETSAN 1998,  ASELSAN isə 1975-ci ildə Türk Silahlı Qüvvələri Vəqfi tərəfindən yaradılıb.

Milli.Az


Etiketlər:  Turkiyədən yeni hərbi texnoloji layihə ORKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ