Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigeriyada dəhşət: 58 ölü

Nigeriyada dəhşət: 58 ölü

Tarix: 3 Yanvar 2021 11:32

Nigeriyanın qərbində naməlum silahlı şəxslərin Mali ilə sərhədə yaxın ərazidə yerləşən kəndə hücumu nəticəsində azı 58 mülki şəxs öldürülüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli hərbi mənbələrdən bildirilib.

Mənbə bildirib ki, silahlılar son həftələr sərhəddə yerləşən kənd sakinlərinin onları dəstəkləmələyə məcbur edirlər. 

Hadisədən sonra sərhəd bölgəsindəki yaşayış məntəqələrinin təhlükəsizliyi gücləndirilib.

Qeyd edək ki, silahlı hücum ölkədə keçirilən prezident seçkilərinin ilk turunun ilkin nəticələrinin açıqlandığı gün - şənbə günü baş verib. İlkin nəticələrə görə, ilkin turda keçmiş Xarici İşlər naziri olmuş, sonra isə Daxili işlər və Təhlükəsizlik naziri işləmiş 61 yaşlı Məhəmməd Bazum liderdir.

Seçkilərin ikinci turu fevral ayında baş tutacaq.


Etiketlər:  Nigeriyada dəhşət ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ