Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 13:06
Vətən müharibəsində yaralanmış Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik təyin olunacaq, hər ay təqaüd və müavinətlə təmin ediləcək. Ailə üzvlərinin məşğulluğuna dəstək işləri də aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, qurumun əməkdaşları qazinin ailəsində (Zərdab rayonu) olarkən bu barədə məlumat veriblər.
Görüş zamanı ailəyə Heydər Əliyev Fondunun ərzaq yardımı da çatdırılıb.
Roman hazırda evdə müalicəsini davam edir. Atası Aleksandr Mirzəliyevə özünüməşğulluq proqramı çərçivəsində onun üçün kiçik təsərrüfat yaradılması təklif edilib. Lakin o, ödənişli ictimai işlərdə işləmək istədiyi üçün yaxın günlərdə həmin işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Qazinin anasının istəyi əsasında onun da işlə təmin olunması nəzərdə tutulub.
Romanın özü müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçudur. Qardaşı Xəyyam həqiqi hərbi xidmətdədir. İki bacısı isə məktəblidir.