Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin patrul gəmiləri üç sutkadır mübahisəli Senkaku adaları rayonundadır

Çinin patrul gəmiləri üç sutkadır mübahisəli Senkaku adaları rayonundadır

Tarix: 3 Yanvar 2021 16:50

Çinin dörd patrul gəmisinin üç sutkadır ki, mübahisəli Senkaku (Dyaoyudao) adaları rayonunda olması Tokio ilə Pekin arasında gərginliyi artırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə bazar günü Kyodo agentliyi məlumat yayıb. Həmin gəmilərdən birində avtomatik topa oxşayan qurğunun yerləşdiyi də əlavə olunur. Yaponiya Sahil Mühafizəsinin Çinin gəmilərinə bu ölkənin ərazi sularına daxil olmaması barədə xəbərdarlıq etdiyi də bildirilir.

Bu ərəfədə NHK telekanalı 2020-ci ildə Çin gəmilərinin 333 dəfə Senkaku adalarına yaxınlaşması və 24 dəfə bu akvatoriyaya daxil olması barədə məlumat yayıb.

Yaponiya və Çin arasında həmin adalarla bağlı mübahisə 2012-ci ilin sentyabrında Tokio bu adaları fərdi sahibkardan aldıqdan sonra gərginləşib.


Etiketlər:  Çinin patrul gəmiləri üç sutkadır mübahisəli Senkaku adaları rayonundadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ