Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

Tarix: 3 Yanvar 2021 23:45

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əziz Teymur,

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".


Etiketlər:  Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər


RƏYLƏR