Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 21:46
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ötən il dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayan "Evdə qal!" rejimi cari il yanvarın 4-də saat 05.00-da başa çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 80 saatlıq məhdudiyyət qaydalarını pozduqlarına görə, 51 min 152 nəfərə qarşı müxtəlif cəza tədbirləri həyata keçirilib.
Həftənin ilk beş gününün tətbiq olunan məhdudiyyət qaydalarına uyğun olaraq bu gün saat 21.00-dan yanvarın 5-i saat 05.00-dək qısamüddətli "Evdə qal!" rejimi qüvvədə olacaq. Həftənin cümə günü isə yenidən 56 saatlıq məhdudiyyət tətbiq ediləcək.