Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 22:56
Bakı. Trend:
OPEK+ ölkələri 6 saat davam edən danışıqlar ərzində fevral ayında neft hasilatı ilə əlaqədar razılığa gələ bilməyiblər.
Trend-in məlumatına görə, bu barədə "TASS"a iclasın üç iştirakçısı məlumat verib.
Onların sözlərinə görə, bu gün fevral ayı üçün neft hasilatının səviyyəsi üzrə konsensus əldə etmək mümkün olmayıb: "Danışıqlar sabah davam etdiriləcək. Görüş Vyana vaxtı ilə saat 15:30-a təyin edilib".