Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 gün bizi pəncərəsiz yerdə saxladılar - Ermənilərə əsir düşən hərbçi

10 gün bizi pəncərəsiz yerdə saxladılar - Ermənilərə əsir düşən hərbçi

Tarix: 5 Yanvar 2021 15:26

Bakı. Samir Əli -Trend:

Əsgərlərimizə yemək verib geri qayıdarkən əsir düşmüşəm.

Trend-in məlumatına görə, bunu erməni əsirliyindən qayıdan Azərbaycan hərbçisi Nahid Həmidov deyib.

O bildirib ki, yol axtararkən əsir götürülüb: "10 noyabrda taborumuza yemək aparırdım. Yeməyi verib qayıdanda düşmənin atıb qaçdığı texnikanı gördüm. Hərbi qəniməti götürüb geri qayıdarkən yolu azdım. Bir də baxdım ki, 8-10 nəfər erməni məni mühasirəyə aldı. Məni əsir götürərək naməlum yerə apardılar. 10 gün pəncərəsiz yerdə saxladılar. Sonra Yerevana apardılar. Orada bizə dəhşətli fiziki və psixoloji işgəncələr verirdilər. Dekabrın 14-də gözlərimizi bağlayıb təyyarəyə mindirdilər. Bir də baxdıq ki, Bakıdayıq".


Etiketlər:  gün bizi pəncərəsiz yerdə saxladılar Ermənilərə əsir düşən hərbçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ