Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlcəzair Fransanı terrorçulara pul verməkdə ittiham etdi

Əlcəzair Fransanı terrorçulara pul verməkdə ittiham etdi

Tarix: 5 Yanvar 2021 18:50

Əlcəzair Fransanı Qərbi Səhra bölgəsində terrorçulara pul verməkdə ittiham edib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Fransa tərəfi ittihamları rədd edib. Ölkələr arasında diplomatik gərginlik yaranıb.

Malidə qərbli girovların azad edilməsi üçün Fransanın Qərbi Səhra terrorçularına 80 min avro pul verməsi iddiasını Əlcəzairin Müdafiə Nazirliyi açıqlayıb. Həmçinin bir neçə avropalı girov qarşılığında 200 terrorçunun azad edildiyi də vurğulanıb. Ümumilikdə Fransanın terrorçulara 10-30 milyon avro pul ödədiyi ittihamı da irəli sürülüb.

Fransa prezidenti Emmanuel Makron isə ittihamları cəfəngiyyat adlandıraraq təkzib edib. Hazırda diplomatik gərginlik davam edir


Etiketlər:  Əlcəzair Fransanı terrorçulara verməkdə ittiham etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ