Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçikada vaksinləmənin ləng getməsinə səbəb nədir?

Belçikada vaksinləmənin ləng getməsinə səbəb nədir?

Tarix: 6 Yanvar 2021 02:34

Belçikada yerli əczaçılıq müəssisələri hər həftə 87.500 doza "Pfizer" vaksini alır. Lakin bu həftənin sonuna qədər ən çoxu 6.000 nəfərin peyvəndləmə keçəcəyi gözlənilir. Buna səbəb nədir?

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, belçikalı vaksinoloq, ölkə əhalisinin immunlaşdırılması strategiyası ilə məşğul olan ekspertlər qrupunun üzvü Pyer Van Damm bunun səbəbini milli telekanalın efirində izah edib. Onun sözlərinə görə, Belçikada vaksinləmənin miqyasını artırmaqdan əvvəl bu prosesdə hər bir addımın əsaslı olmasını yəqin etmək qərara alınıb.

Ekspert başqa ölkələrdə yol verilmiş səhvlər, o cümlədən vaksinlərin dozadan artıq vurulması və düzgün saxlanmaması halları barədə məlumat verərək deyib: "Biz özümüz çox şeyi öyrənirik, bütün bunlar bizim üçün də təzədir. Biz böyük həcmdə praktiki informasiya mübadiləsi edirik".

Pyer Van Damm gileylənib ki, əvvəllər insanlar vaksinin həddən artıq tez yaradılmasından şikayətlənirdilər, indi isə hamı mümkün qədər tezliklə peyvəndləmə prosedurundan keçmək istəyir. Alimin fikrincə, yaxın vaxtlarda vaksinləşmə sürətlənəcək, bir qədər səbirli olmaq lazımdır.

Mövcud plana görə, Belçikada ilk növbədə, artıq yanvarın sonuna qədər ahıllar evlərinin bütün sakinləri vaksinasiya keçməli olacaqlar.

Milli.Az


Etiketlər:  Belçikada vaksinləmənin ləng getməsinə səbəb nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR