Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 08:52
Bakı. Trend:
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə iki həftəlik karantin tətbiq edildiyini açıqladı.
Trend-in məlumatına görə, bu barədə "Times of Israel" yazır.
İsrail hökuməti bu təşəbbüsü koronavirus infeksiyasına yoluxma sayının artması fonunda təsdiqləyib.
Tədbir 7 yanvar tarixindən qüvvəyə minəcək.
Netanyahu həmçinin "Twitter"də pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın çağındayıq".