Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 09:48
“Qualcomm” şirkəti “Snapdragon 480 5G” adlı yeni prosessorunu təqdim edib. Bu prosessor 400-cü seriyanın beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ilk prosessorudur.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ABŞ şirkətinin rəsmi saytında yazılıb ki, çipdə “Snapdragon X51 5G” modemindən istifadə edilib, “mmWave” və “5G” (6 QHs-dək zolaqda) texnologiyaları, “5G”-nin avtonom və qeyri-avtonom rejimləri, həmçinin müvəqqəti, tezlik bölünməli dupleks dəstəklənir. Bundan başqa, yenilik “Wi-Fi 6”, “Bluetooth 5.1” və simsiz səs imkanlarını dəstəkləyir.
“Snapdragon 480” prosessoru əsasında FHD təsvir ölçüsü və 120 Hs-dək yeniləmə tezlikli ekrana malik smartfonlar hazırlamaq mümkün olacaq. Yeni çip, həmçinin “aptX” səsli kodekini və “Qualcomm Quick Charge 4 ” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
Emil Hüseynov