Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 14:08
Bakı. Ləman Zeynalova. Tərcümə: Orxan Nəbiyev - Trend:
Ceyhan terminalından 2006-cı ilin mayından 2020-ci ilin sonunadək 3,571 milyard barel neft nəql edilib.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Həmin dövr ərzində terminaldan 4 659 tanker yola salınıb.
Qeyd edək ki, 2020-ci ildə Ceyhan terminalı vasitəsilə 278 tankerlə 210,7 milyon barel neft daşınıb. Bu göstərici 2019-cu illə müqayisədə (231,1 milyon barel) azalıb.
Ötən il daha çox nəql apreldə (21,3 milyon barel), ən az nəql isə noyabrda (15,3 milyon barel) qeydə alınıb.