Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 17:18
Bakı. Orxan Nəbiyev - Trend:
Alimlər COVID-19-a yoluxmuş və sağalan xəstələrdə iybilmə qabiliyyətinin bərpa olunduğu müddəti müəyyən ediblər.
Trend-in məlumatına görə, mütəxəssislər Avropanın 18 xəstəxanasında iybilmə qabiliyyətini itirmiş 2,5 mindən çox xəstə üzərində müşahidə aparıb.
Məlum olub ki, COVID-19 xəstələrində iybilmə qabiliyyəti orta hesabla 21,6 günə bərpa olunur.
Bununla belə, xəstələrin təxminən 25 faizi iybilmənin yoluxmadan iki ay keçəndən sonra belə bərpa olunmadığını deyib.