Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 02:32
Bakı. Trend:
ABŞ Konqresi binasında baş verən atışma nəticəsində bir qadın yaralanıb, vəziyyəti kritikdir.
Trend-in məlumatına görə, bu barədə CNN telekanalı bildirib.
Bundan əvvəl ABŞ Milli İctimai Radiosu ABŞ Konqresi Binası polisinin əlində silah ilə nümayişçilərə Konqres binasını tərk etmələrini əmr etdiyini bildirmişdi.
Qeyd edək ki, yanvarın 6-da onlarla etirazçı Konqres binasına zorla daxil olmuşdu.