Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt karantin rejimi 18 yanvar tarixində uzadılacaq? - AÇIQLAMA - VİDEO

Sərt karantin rejimi 18 yanvar tarixində uzadılacaq? - AÇIQLAMA - VİDEO

Tarix: 7 Yanvar 2021 10:12

Ölkənin bəzi şəhər və rayonlarında 18 yanvara qədər davam edəcək sərt karantin rejiminin müddəti uzadılmaya bilər.

Sonxeber.net xəbər verir ki, bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyev ''Xəzər Xəbər'' açıqlamasında deyib.

Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.

Millət vəkili deyir ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.

Millət vəkili könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin.

Millət vəkili hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.


Etiketlər:  Sərt karantin rejimi yanvar tarixində uzadılacaq AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ