Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:02
Demokratlardan prezidentliyə namizəd olan və səsvermədə qalib çıxan Co Bayden bir gün əvvəl Vaşinqtonda baş verən hadisələrə münasibət bildirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, siyasətçi baş verənlərin demokratiyanın bütün kövrəkliyini nümayiş etdiyini bilidirib.
Bayden bu hadisələrin, həmçinin demokratiyanın "cəsur liderlərin" müdafiəsinə ehtiyacı olduğu faktını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu rolu yalnız yaxşı niyyətli və ümumi rifah üçün çalışan insanlar öz üzərlərinə götürə bilər.
"Demokratiyanı şəxsi maraqlarını güdən, hakimiyyətə həris olan insanlar qoruya bilməz", - o vurğulayıb.