Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 18:36
"Real"ın və Niderland yığmasının sabiq futbolçusu Royston Drente karyerasını İspaniyada davam etdirəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 4-cü divizionunda mübarizə aparır "Rasinq Mursiya" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Drente ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Drente son olaraq Niderlandın 3-cü liqa təmsilçisi "Kozakken Boys"da çıxış edib. "Feyenoord"un yetirməsi olan futbolçu karyerası ərzində "Real" (Madrid), "Everton", "Kayseri Erciyesspor", "Alaniya", "Ridinq", "Şeffild Uensdey", "Baniyas" və "Sparta" (Rotterdam) kimi klublarda da forma geyinib.
Qeyd edək ki, Niderland mətbuatı bir müddət əvvəl futbolçunun müflis olduğunu açıqlamışdı.