Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Huawei” yeni noutbuk və orta sinif planşetini təqdim edib

“Huawei” yeni noutbuk və orta sinif planşetini təqdim edib

Tarix: 7 Yanvar 2021 20:16

"Huawei" şirkəti "AMD" prosessorları ilə təchiz edilmiş yeni "MateBook 14" noutbuku və "MatePad T 10S" planşetini təqdim edib. Yenilikləri yanvarın 9-dan ilkin sifariş etmək olar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni "Huawei MateBook 14" - bu, incə korpusda hazırlanmış yüngül noutbukdur. "4000H" seriyalı "AMD Ryzen" prosessoru ilə təchiz edilib və 14 düymlük ekrana malikdir. Ekranın təsvir ölçüsü 2K təşkil edir. Çərçivəsi olduqca incədir. Noutbukun klaviaturasında barmaq izləri skanerindən ibarət klaviş var. "MateBook 14" noutbuku 1080p keyfiyyətli video izləmə rejimində 10 saatadək avtonom işləyə bilər. Noutbuk 16 QB-lıq əməli yaddaş və 512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Qurğunun qiyməti 985 dollardır.

Planşet 10,1 düymlük ekran, "Kirin 710A" prosessoru, 5100 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Planşetin qiyməti 226 dollardır.

Milli.Az


Etiketlər:  Huawei yeni noutbuk orta sinif planşetini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ