Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Alcatel” iki yeni əlçatan smartfonunu təqdim edib

“Alcatel” iki yeni əlçatan smartfonunu təqdim edib

Tarix: 7 Yanvar 2021 20:20

"Alcatel" şirkəti "Alcatel 5X" və "Alcatel 1V Plus" smartfon modellərini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Alcatel 5x" aparatı 1600x720 piksel təsvir ölçülü 6,52 düymlük IPS ekranla təchiz edilib. Cihaz 2 QHs maksimal takt tezlikli 8 nüvəli prosessor, 4 QB əməli yaddaş və 128 QB daxili yaddaşla ("microSD" yaddaş kartı ilə artırmaq imkanı var) təchiz edilib. Aparat 5000 milliamper/saat tutumlu akkumulyatora, həmçinin arxa paneldə barmaq izləri skanerinə malikdir.

Smartfonun əsas kamerası 48, 5, 2 və 2 mp-lik təsvir ölçülü 4 sensordan ibarətdir. Yeniliyin selfi modulu 13 mp-lik sensora malikdir. "Alcatel 5x" aparatı üztanıma funksiyasını dəstəkləyir və "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

"Alcatel 1V Plus" modeli 6,22 düym diaqonallı IPS displey və 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir. 8 nüvəli "MediaTek Helio P22" çipi ilə təchiz edilmiş aparat 2 QB əməli yaddaş və 32 QB-lıq daxili daşıyıcıya malikdir. Qurğunun ikiqat əsas kamerası 13 və 5 mp-lik sensorlar, ön kamerası isə 5 mp-lik sensordan ibarətdir. Smartfonun akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir.

Milli.Az


Etiketlər:  Alcatel yeni əlçatan smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ