Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” şirkəti tutumlu akkumulyatora malik ucuz “Galaxy M02s” smartfonunu elan edib

“Samsung” şirkəti tutumlu akkumulyatora malik ucuz “Galaxy M02s” smartfonunu elan edib

Tarix: 7 Yanvar 2021 21:12

"Samsung" şirkəti ucuz "Galaxy M02s" smartfonunu təqdim edib. Bu, böyükölçülü ekran, üçqat kamera və yüksək tutumlu akkumulyatora malik başlanğıc səviyyəli modeldir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Samsung Galaxy M02s" aparatı 6,5 düymlük HD təsvir ölçülü IPS ekrana malikdir. Smartfona "Qualcomm Snapdragon 450" başlanğıc səviyyəli prosessor və 5000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İki versiyada (3 32 QB və 4 64 QB) əlçatan olacaq.

Aparatın arxa tərəfində 13 mp-lik əsas, 2 mp-lik makroobyektiv və portret şəkilləri üçün 2 mp-lik dərinlik sensorundan ibarət üçqat kamera yerləşdirilib.

Yenilik barmaq izləri skanerinə malik deyil, amma "USB Type-C" konnektoru, 3,5 mm-lik səs çıxışı və "microSD" formatlı yaddaş kartı üçün slot nəzərdə tutulub.

Aparat yanvarın 7-də Hindistanda satışa çıxarılacaq, sonra isə başqa regionlarda da əlçatan olacaq. 4 64 QB-lıq versiyanın qiyməti təxminən 140 dollar təşkil edir.


Etiketlər:  Samsung şirkəti tutumlu akkumulyatora malik ucuz Galaxy M02s smartfonunu elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ