Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qualcomm” ən ucuz smartfonlar üçün “5G” dəstəkli prosessor təqdim edib

“Qualcomm” ən ucuz smartfonlar üçün “5G” dəstəkli prosessor təqdim edib

Tarix: 7 Yanvar 2021 23:12

"Qualcomm" şirkəti "Snapdragon 480 5G" adlı yeni prosessorunu təqdim edib. Bu prosessor 400-cü seriyanın beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ilk prosessorudur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, çipdə "Snapdragon X51 5G" modemindən istifadə edilib, "mmWave" və "5G" (6 QHs-dək zolaqda) texnologiyaları, "5G"-nin avtonom və qeyri-avtonom rejimləri, həmçinin müvəqqəti, tezlik bölünməli dupleks dəstəklənir. Bundan başqa, yenilik "Wi-Fi 6", "Bluetooth 5.1" və simsiz səs imkanlarını dəstəkləyir.

"Snapdragon 480" prosessoru əsasında FHD təsvir ölçüsü və 120 Hs-dək yeniləmə tezlikli ekrana malik smartfonlar hazırlamaq mümkün olacaq. Yeni çip, həmçinin "aptX" səsli kodekini və "Qualcomm Quick Charge 4 " sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

Milli.Az


Etiketlər:  Qualcomm ən ucuz smartfonlar üçün 5G dəstəkli prosessor təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ