Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vaqon təmiri 70 faiz artıb (FOTO)

Azərbaycanda vaqon təmiri 70 faiz artıb (FOTO)

Tarix: 8 Yanvar 2021 10:12

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən və "ADY Express" MMC-nin balansında olan "Şərq" Vaqon Deposu 2020-ci ilə artımla yekun vurub. Ötən il ərazində depoda təmir olunan vaqonların ümumi sayı 1091 ədəd təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 70% çoxdur.

Bu barədə Trend-ə MMC-dən bildiriblər. ADY Express, 2020-ci ildə "Şərq" vaqon deposunun fəaliyyətini, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitinə uyğun təşkil edərək, növbəli iş rejimi yaradıb və vaqonların təmiri prosesi fasiləsiz davam etdirilib. Deponun nəzdində fəaliiət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılıb. Nəticədə yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradılıb.

2020-ci ildə depoda təmir olunan vaqonların ümumi sayı 1091 ədəd təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 70% çoxdur. Ən yüksək göstərici ötən ilin noyabr ayında qeydə alınıb – 147 vaqon. Ötən il təmir olinan yük vaqonları arasında 229 ədəd çən vaqon, 204 yarımvaqon, 219 örtülü vaqon, 218 refrejirator, 219 platforma və 2 taxıldaşıyan vaqon təşkil edib.

Qeyd edək ki, hazırda depoda mərhələli şəkildə təmir bərpa işləri aparılır. Deponun yenidənqurulması və onun müasir mühəndis və texnoloji avadanlıqlarla təchiz olunması, Azərbaycanda mövcud olan vaqon parkına daxil olan bütün növ yük vaqonlarının təmirin aparılmasına xidmət edəcək. Deponun yenidənqurulması konsepsiyası, istehsal prosesinin dayandırmamaq şərti ilə maksimal dərəcədə mövcud tikililərin və qurğuların saxlanılması nəzərə alınmaqla hazırlanıb. Beləliklə hazırda “Şərq” vaqon deposunda yenidənqurma işləri ilə paralel olaraq texnoloji proses – vaqonların təmiri işləri davam etdirilir.

Azərbaycanda vaqon təmiri 70 faiz artıb (FOTO) - Gallery Image Azərbaycanda vaqon təmiri 70 faiz artıb (FOTO) - Gallery Image Azərbaycanda vaqon təmiri 70 faiz artıb (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycanda vaqon təmiri faiz artıb FOTO


RƏYLƏR