Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanıb

Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanıb

Tarix: 8 Yanvar 2021 12:33

Bakı. Elçin Mehdiyev - Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər arasında sorğunun keçirilməsi ilə bağlı işlərə başlayıb.

Trend-in məlumatına görə, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, Prezidentin tapşırığı ilə hərtərəfli, genişmiqyasılı sorğu keçiriləcək. O qeyd edib ki, Dövlət Komitəsi olaraq həmin anketə daxil olacaq suallar üzərində işləyir.
F.Hüseynov vurğulayıb ki, müharibədən əvvəl də məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqla bağlı komitəyə müraciət edirdi: “Biz də məcburi köçkünlərin istəyindən irəli gələrək bu məsələni beynəlxalq təşkilatlarda qaldıraraq məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun təmin olunması məsələsini qaldırırdıq”.

Komitə sədrinin sözlərinə görə, Vətən müharibəsindən sonra bu müraciətlərin sayı xeyli artıb, hətta məcburi köçkünlər həmin ərazilərdə yenidənqurma işlərində iştirak etmək arzularını ifadə edirlər.


Etiketlər:  Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ