Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 13:56
"Neftçi"nin sabiq futbolçusu Dario Frederikonun yeni klubu bəlli olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı hücumçu karyerasını Vyetnamda davam etdirəcək.
O, "Ho Şi Min"lə 1 illik müqavilə imzalayıb. Bu barədə yüksək liqa klubunun mətbuat xidməti məlumat yayıb. Bir neçə gündür klubun təmsil etdiyi eyniadlı şəhərdə təcrid olunan futbolçunun bu gündən komandaya qoşulacağı bildirilib.
Qeyd edək ki, Dario keçən yay "Neftçi"dən Latviyanın "Riqa" klubuna keçmişdi. O, 2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib. Frederiko Azərbaycanda ilk olaraq "Kəpəz"in şərəfini qoruyub.