Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal tullantıların yaranmasında Azərbaycanın payı açıqlandı

Qlobal tullantıların yaranmasında Azərbaycanın payı açıqlandı

Tarix: 8 Yanvar 2021 16:44

Bakı. İlhamə İsabalayeva – Trend:

Qlobal tullantıların yaranmasında Azərbaycanın payı 0,15 faiz təşkil edir və bu o, qədər də çox pay deyil.

Trend-in məlumatına görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda istilik effekti yaradan qazların inventarlaşması aparılır.
U.Tağıyeva bildirib ki, ölkəmizdə istilik effekti yaradan qazların konsentrasiyasında azalmaya nail olunub: “Bu, dövlət siyasəti nəticəsində mümkün olub. Artıq istehsalat sahələrində yeni texnologiyalar tətbiq edilir və atmosferə atılan tullantıların miqdarı azalır”.
U.Tağıyeva əlavə edib ki, ölkədəki maşınların çoxu Bakıdadır. Ona görə də çirklənməyə məruz qalan əsas şəhərlərdən biri Bakıdır.


Etiketlər:  Qlobal tullantıların yaranmasında Azərbaycanın payı açıqlandı


RƏYLƏR