Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 21:26
Gürcüstanın Senaki Bələdiyyəsinin Kotianeti kəndində gənc ölü halda tapılıb.
Sonxeber.net xəbər verir ki, 32 yaşlı Avto Qriqolian öz həyətində boğazından kəsili halda atası tərəfindən aşkar edilib.
Versiyalardan birinə görə, oğlan qətlə yetirilib. Qonşular onun boğazından yara aldığını, ehtimal ki, bıçaqlandığını söyləyiblər. İkinci versiyaya görə, Avto Qriqolia özünə zərər verib və həyatını intiharla başa vurub.
Mərhumun qonşuları hələ hadisənin səbəbi və konkret olaraq gəncin ölümcül xəsarət almasına səbəb olanlar barədə danışmayıblar.
Hazırda hüquq-mühafizə orqanları və kriminal-ekspertlər hadisə yerindədir.
Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə başladılıb. (publika.az)