Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DGK müsadirə etdiyi 7.6 milyon manatlıq məhsulu hərbçilərin təminatına yönəldib (VİDEO)

DGK müsadirə etdiyi 7.6 milyon manatlıq məhsulu hərbçilərin təminatına yönəldib (VİDEO)

Tarix: 9 Yanvar 2021 13:24

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7.6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.

Komitədən Trend-ə verilən məlumata görə, aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.

Belə ki, gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti
kimi götürülmüş 4 743 276.30 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda
müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414,0 manat dəyərində
müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd
Xidmətinin səlahiyyətli şəxslərinə təhvil verilib.

Proses Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının iştirakı ilə
həyata keçirilib.


Etiketlər:  müsadirə etdiyi milyon manatlıq məhsulu hərbçilərin təminatına yönəldib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ