Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun gec sağalmasına təsir edən amil

Koronavirusun gec sağalmasına təsir edən amil

Tarix: 9 Yanvar 2021 16:18

Koronavirusa yoluxma zamanı xəstələrin gec sağalmasına təsir edən amillərdən biri də onların telefonla danışmalarıdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, koronavirus xəstələri nəfəs almaqla bağlı çətinlik yaşadıqları halda "kimləsə danışım, son sözlərimi deyim" düşüncəsində olurlar.

Yaxınları ilə uzun müddət telefonla danışmaq onların oksigen ehtiyaclarını və bu xəstəliyin əsas narahatlığı olan öskürəyi artırır:

"Xəstələrin fiziki fəaliyyətini azaltmaqla yanaşı, həddindən artıq ünsiyyət, pis düşüncələr və ya kədərləri bildirmək xəstənin motivasiyasını tamamilə aşağı salır. 45-50 yaşlarında, heç bir xəstəliyi olmayan xəstəmiz "ölüm qorxusu var" deyərək ağlayır.

Çünki burada atmosfer təəssüf ki, bir az fərqlidir. Bununla yanaşı tənəffüs çatışmazlığından əziyyət çəkən xəstələrin vəziyyətini nəzərə almalıyıq. Həddindən artıq ünsiyyət xəstələrdə COVID-19-un fiziki sıxıntısı ilə yanaşı psixi problemlərə də səbəb olur".

Həkim bildirib ki, koronaviruslu xəstələrin az hərəkət etmələri, çox dincəlmələri lazımdır.


Etiketlər:  Koronavirusun sağalmasına təsir edən amil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ