Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR – hazırlıq, əks-göstərişlər...

Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR –  hazırlıq, əks-göstərişlər...

Tarix: 9 Yanvar 2021 22:30

Yanvarda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə başlaya bilər. Peyvənd insanın orqaniminə və xüsusilə də immun sisteminə çox ciddi "müdaxilə"dir.

Bu səbəbdən peyvəndə gedən insan bəzi vacib qaydaları bilməlidir ki, peyvənddən sonra hər hansı fəsad yaranmasın.

Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, bu haqda tanınmış rusiyalı həkim-infeksionist Yevgeniy Timakov məlumat verib.

Həkim bildirib ki, vaksinasiya zamanı insanda heç bir soyuqdəymə simptomu olmamalıdır. Həmçinin xroniki xəstəliyin kəskinləşməsi zamanı da peyvənd vurdurmaq olmaz.

"İnsanda zökəm, öskürək, qızdırma, halsızlıq kimi simptomlar, vaksinasiyadan 1 ay əvvəl xroniki xəstəliklərin kəskinləşməsi olmamalıdır" - Timakov xəbərdarlıq edib.

İnsan peyvəndlənmədən 1 ay əvvəl hər hansı kəskin reseptor virus xəstəliyi, qrip keçiribsə, peyvəndin vurulması taxirə salınmalıdır. Bu xəstəliklər immunitetin müvəqqəti zəiflənməsinə səbəb olur ki, bu insanlarda peyvənd fəsadlara səbəb ola bilər.

Peyvənddən 3 gün əvvəl çoxlu miqdarda spirtli içkiləri qəbul etmək olmaz. Həmçinin ağır qidalar, fast-fudla da ehtiyatlı olmaq lazımdır.

"İnsan peyvəndə psixoloji olaraq hazır olmalıdır. İnsan çox qorxursa, onda peyvənddən sonra təzyiq qalxa bilər, başgicəllənməsi, hətta bayılma ola bilər" - həkim bildirib.

Allergiyaya meylli insanlar peyvənddən 1 gün əvvəl və sonra antihistamin həb qəbul edə bilərlər. Qızdırmanın qalxmasına meylli olanlar peyvənddən sonra yatmazdan qabaq parasetamol qəbul edə bilərlər.

Həkim qeyd edib ki, peyvənddən əvvəl kovidə PZR-test vermək lazımdır. Bu infeksiyanın simptomsuz formasını inkar etməyə kömək edəcək. Həmçinin həkim peyvənddən əvvəl IgG и IgM anticismlərə, peyvənddən sonra isə IgG anticismə analiz verməyi tövsiyə edib.


Etiketlər:  Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR hazırlıq əks göstərişlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ