Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni nəsil antibiotiklər kəşf olunub: İndiki dərmanlara davamlı supermikrobları zərərsizlədirə bilir

Yeni nəsil antibiotiklər kəşf olunub: İndiki dərmanlara davamlı supermikrobları zərərsizlədirə bilir

Tarix: 9 Yanvar 2021 22:42

Supermikroblara qalib gəlməyə ikiqat fəaliyyətli-yeni nəsil antibiotiklər kömək edəcək.

Bütün məlum antibiotiklərə davamlı bakteriyaları (supermikrobları) öldürürən və həm də immun sistemini onlara qarşı mübarizə aparmağa yönəldən yeni birləşmə sinfi aşkar edilib.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dan olan bir qrup alim (Wistar Biotibbi Araşdırmalar İnstitutu) tərəfindən bununla bağlı aparılan araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Bütün məlum antibiotiklərə qarşı davamlı patogen bakteriyaların (supermikrobların) fəlakətli artımı səhiyyədə qlobal böhrana səbəb olub. Xüsusilə COVİD-19 pandemiyası zamanı bu böhran kəskinləşib və bunun qarşısını almaq üçün yeni nəsil antimikrob preparatlara böyük ehtiyac var. Bu dərmanlar artıq mövcud antibiotiklərdən fərqli prinsiplərlə işləməlidir.

Farux Dotivala (Farokh Dotyvala) və həmkarları unikal xüsusiyyətlərə malik kimyəvi birləşmələrin yeni bir sinfini aşkar ediblər. Onlar yalnız supermikrobların fəaliyyətini maneə törətməklə deyil, eyni zamanda immunitet sisteminin hüceyrələrini eyni istiqamətdə işləməyə məcbur etməyə qadirdir. Alimlər yeni nəsil bu cür dərmanları "ikiqat təsirli immuno-antibiotiklər" adlandırıblar.

Söhbət xüsusilə, İspH- fermentini bloklayan İsph- inhibitorları-birləşmələrdən gedir. Bu protein izoprenoidlərin (çox patogen bakteriyaları hüceyrələrinin yaşaması mümkün olmayan maddələr) biosentezində əsas rol oynayır. "Insanlaşdırılmış" siçanlar (gen mühəndisliyi sayəsində insan genləri və hüceyrələri olan heyvanlar) üzərində aparılan eksperimentlər göstərib ki, İspH-inhibitorları həmçinin insan T-hüceyrələrini aktivləşdirərək, bakteriyalara hücum etməklə müdafiənin "ikinci xəttini" təmin edir. Nəticədə, mikroblar iki cəbhədə işləməli olurlar ki, bu da davamlı inkişafa mane olur.

Milli.Az


Etiketlər:  Yeni nəsil antibiotiklər kəşf olunub İndiki dərmanlara davamlı supermikrobları zərərsizlədirə bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ