Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 13:28
Futbol üzrə İspaniya çempionatında 18-ci turun daha bir oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün keçirilməli olan "Elçe" - "Xetafe" oyunu da baş tutmayacaq.
Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə güclü qar yağması səbəbindən Sequnda da bir neçə qarşılaşmanın təxirə salındığı diqqətə çatdırılıb. Söhbət "Mirandes" - "Rayo Valyekano", "Alkorkon" - "Albasete" və "Leqanes" - "Almeriya" matçlarından gedir. Bu oyunlar qeyri-müəyyən tarixə ertələnib. "Sportinq" - "Fuenlabrada" və "Elçe" - "Xetafe" görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.
Qeyd edək ki, La Liqada 18-ci turun bu gün keçirilməli olan "Atletiko" - "Atletik" qarşılaşması da güclü qar səbəbindən təxirə salınıb.