Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan ''WhatsApp''dan imtina etdi

Ərdoğan ''WhatsApp''dan imtina etdi

Tarix: 10 Yanvar 2021 19:28

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "WhatsApp" messencerindən istefadədən imtina edib.

Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, T.Ərdoğanın messencerdən imtina etməsinə səbəb "WhatsApp"ın gizlilik siyasətindəki dəyişikliklər olub.

Bildirilir ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl "WhatsApp"da olan qruplarını "Turkcell Iletisim Hizmetleri AS"a məxsus olan BiP tətbiqinə keçirəcək. T.Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də BiP tətbiqinə keçib.

Türkiyə Prezidentinin ofisi jurnalistləri də BiP tətbiqinə keçməyə çağırıb.


Etiketlər:  Ərdoğan WhatsAppdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ