Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Microsoft Edge-in istifadəçi sayı 600 milyonu keçdi

Microsoft Edge-in istifadəçi sayı 600 milyonu keçdi

Tarix: 10 Yanvar 2021 21:12

Microsoft Edge brauzeri Windows, macOS, Android, iOS və Linux üçün mövcuddur.

Microsoft şirkəti xüsusi Microsoft Edge brauzerinin yayılma statistikasını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin məlumatına görə, hazırda 600 milyondan çox insan Microsoft Edge-dən istifadə edir.

Şirkət nailiyyəti ilə öyünmək üçün qeyri-adi bir yol seçib. Statistika Hindistandakı nümayəndəliyin biznes təsvirində verilib.

Xatırladaq ki, Microsoft Edge artıq Windows, macOS, Android, iOS, macOS və Linux üçün versiyalarda mövcuddur. Microsoft Edge-in yeni Chromium əsaslı versiyası Windows 10 üçün standart brauzerdir.

Milli.Az


Etiketlər:  Microsoft Edge in istifadəçi sayı 600 milyonu keçdi


RƏYLƏR