Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi Mi 11-i kimsə almaq istəmir

Xiaomi Mi 11-i kimsə almaq istəmir

Tarix: 10 Yanvar 2021 21:52

Çinin texnologiya şirkəti Xiaomi bu yaxınlarda yeni smartfonu Xiaomi Mi 11-i iki fərqli model şəklində təqdim edib. Amma şarj adapteri olmadan satışa çıxarılan modelə kimsə maraq göstərməyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu modellərdən bir şarj cihazı ilə, digəri isə olmadan satılsa da, hər iki modelin qiyməti eynidir. Şirkət modeli adapter olmadan satın almağı tövsiyə edib. Amma istifadəçilər bunu nəzərə almayıblar. Nəticədə yalnız şarj adapteri olan model satılıb. Şirkət beş dəqiqə ərzində 350 min belə modelin satıldığını, şarj cihazı olmayan telefonun isə ümumiyyətlə, satılmadığını bildirib.

Milli.Az


Etiketlər:  Xiaomi kimsə almaq istəmir


RƏYLƏR