Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 22:24
Yeşilçamın sevilən aktyoru Kamal Sunal deepfake üsulu ilə yenidən ekranlara qayıdıb. Reklamda Kemal Sunal obrazını bənzərliyi ilə diqqət çəkən Mehmet Kurt canlandırıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bununla da Türkiyədə ilk dəfə Deepfake metodu tətbiq olunub.
Süni zəka ilə yaradılan reklam çəkilişləri 3 gün, montaj prossesi isə 40 gün çəkib.
DEPPFAKE NƏDİR?
Deepfake mövcud bir görüntü və ya videoda olan bir insanın süni neyron şəbəkələrindən istifadə edərək başqa bir şəxsin şəkli ilə əvəz olunduğu media növüdür. Tez-tez avtomatik kodlayıcılar və generativ şəbəkələr kimi tanınan maşın öyrənmə texnologiyalarından istifadə edərək mövcud medianın mənbə media üzərində birləşdirilməsi ilə hazırlanır.
Deepfake ifadəsi "deep learning" (dərin öyrənmə) və "fake" (saxta) sözlərindən əmələ gəlib.