Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərxis edilmiş şəxslərin müraciətləri üçün Müdafiə Nazirliyində komissiya işə başladı

Tərxis edilmiş şəxslərin müraciətləri üçün Müdafiə Nazirliyində komissiya işə başladı

Tarix: 11 Yanvar 2021 12:38

Bakı. Samir Əli - Trend:

Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir: "Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.

Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.

Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar".


Etiketlər:  Tərxis edilmiş şəxslərin müraciətləri üçün Müdafiə Nazirliyində komissiya işə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ