Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır (FOTO)

İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır (FOTO)

Tarix: 11 Yanvar 2021 12:48

Bakı. Elnur Bağışov - Trend:

İranın Şərqi Azərbaycan vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır.

Trend-in məlumatına görə, bunu İranın Təbriz Ticarət Palatasının sədri Yunis Jaele İranın Naxçıvandakı baş konsulu Əhməd Hüseyni ilə görüşdə deyib.

Y.Jaelenin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında investisiya imkanları araşdırılmalıdır. Digər tərəfdən İranın Şərqi Azərbaycan vilayətindən Naxçıvana məhsul ixracı diqqət mərkəzində olmalıdır.

Görüşdə İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Əhməd Hüseyni də qeyd edib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası və İranın Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əməkdaşlıqların artırılmasına həm dövlət, həm də özəl sektorun nümayəndələri öz töhfələrini verə bilərlər.

Ə.Hüseyninin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Şərqi Azərbaycan vilayəti ticarət və iş adamları arasında iqtisadi və ticarət əlaqələri üzrə müzakirələrin keçirilməsi ilə iki bölgənin iqtisadi və ticarət əməkdaşlıqlarının artmasına ümid etmək olar.

İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır (FOTO) - Gallery Image İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır (FOTO) - Gallery Image


Etiketlər:  İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ