Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 16:34
ARB TV-nin "Hüseynova bacıları" verilişinin ilk qonağı meyxanaçı Samirə Yusifqızı olub.
Sonxeber.net xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən Samirə Yusifqızı taksi fəaliyyətindən də söhbət açıb:
"Səhər evdən 7-nin yarsı çıxıb, gecə 12-də gəlirəm. Öz avtomobilimin pulunu ödəyə bilmədim deyə, əlimdən aldılar. İcarəyə avtomobil götürdüm. Avtomobil üçün günə 25 manat ödəniş edirəm. Yanacaq və 10-15 manat da taksi balansına vururam. Gündəlik xərcim 55-60 manat edir. Bu mütləq olmalıdır. Ondan başqa da nə işlədim, özümə qalır, o da ya qismət".