Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın gücünə bələdik'' - kosovolu futbolçu

''Qarabağ''ın gücünə bələdik'' - kosovolu futbolçu

Tarix: 16 Iyul 2019 18:32

"İlk oyunda baş məşqçi mənə az da olsa şans verdi. Ümid edirəm ki, əsas heyətdə özümə yer tapacağam. Bu, hələ başlanğıcdır. Komandada özümü kifayət qədər yaxşı hiss edirəm. "Partizani" əla klubdur. İnanıram ki, bu mövsüm çempion olacağıq".

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Partizani"nin yarımmüdafiəçisi Ron Broya deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Qarabağ"la keçirəcəkləri cavab oyunu haqda danışan kosovolu futbolçu matça ciddi hazırlaşdıqlarını söyləyib:

"Çətin oyun olacağını bilirik. Çünki "Qarabağ"ın gücünə bələdik. Oyuna çox yaxşı hazırlaşmışıq və hesab edirəm ki, mərhələni keçə bilərik".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmamışdı.
 


Etiketlər:  Qarabağın gücünə bələdik kosovolu futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ