Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 17:04
Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında Ələt azad iqtisadi zonası yaradılır, pakistanlı investorlar burada birgə müəssisələr yaratmaq və investisiya qoymaq imkanlarını tədqiq etməlidir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib.
O bildirib ki, Azərbaycan regionun 10 ölkəsi ilə azad ticarət barədə sazişlər imzalayıb, ona görə də Azərbaycana investisiya yatırmaqla və ticarət əməkdaşlığını genişləndirməklə, pakistanlı investorlar regionun bütün ölkələrinə ixracı təşviq edə bilər.
Azərbaycanla Pakistan arasında ikitərəfli əməkdaşlığın potensial sahələri qismində səfir kənd təsərrüfatı, sənaye, turizm, dağ-mədən sənayesi, hotel biznesi sahələrini qeyd edib:
"Azərbaycan həm də pandemiyadan sonra Pakistanla birbaşa reyslərin və dəmiryolu əlaqəsinin inkişafında maraqlıdır. Ölkələrimiz bir çox sahələrdə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlara malikdir".