Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bura turist kimi gəlməmişik" - Franko Lerda

Tarix: 16 Iyul 2019 20:20

"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik". 

Qol.az xəbər verir ki, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Bakıda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
 
- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?

- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz başa çatsa, penaltilər seriyasına ehtiyac olacaq. Biz də buna da hazırlaşmışıq.
 
- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?

- Bura turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
 
- Futbolçularınız iddialı açıqlamalar verib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?

- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur.Amma futbolda hər şey ola bilər.
 
- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?

- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.
 


Etiketlər:  Bura turist kimi gəlməmişik Franko Lerda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ