Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zidanın oğlu Portuqaliya klubunda işə başlayıb

Zidanın oğlu Portuqaliya klubunda işə başlayıb

Tarix: 16 Iyul 2019 20:24

Bakı. Trend:

“Real”ın baş məşqçisi Zinədin Zidanın böyük oğlu Enzo Zidanın yeni iş yeri müəyyənləşib.

Trend-in məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi bundan sonra Portuqaliyanın “Aveş” klubu üçün çalışacaq.

Ötən mövsümü 14-cü pillədə başa vuran Premyer Liqa təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.

“Real”ın yetirməsi olan Enzo, Madrid klubunun əvəzedici heyətində oynasa da, əsas komandada debüt etməyib. O, bir müddət İspaniyanın “Alaves” klubunda oynadıqdan sonra İsveçrənin “Lozanna-Sport” klubuna keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Zidanın oğlu Portuqaliya klubunda işə başlayıb


RƏYLƏR