Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 04:32
"Avropanın idman paytaxtı - 2021" müsabiqəsinin nəticələri açıqlanıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, müsabiqənin nəticələrinə əsasən, Lissabon 2021-ci ildə "Avropanın idman paytaxtı" seçilib.
Müsabiqənin ötənilki qalibi olan İspaniyanın Malaqa şəhəri COVID-19 pandemiyası səbəbindən təxirə salınmış tədbirlərin bir qismini keçirmək üçün bu titulu 2021-ci ilin iyuluna qədər özündə saxlayacaq.
Lissabonda diqqət küçə idman növlərinə yönəldiləcək. Bununla belə, məhdudiyyətlərə riayət etmək vacib amillərdən olacaq. Yarışlar zamanı sosial məsafəni qorumaq, iştirakçıların sayını məhdudlaşdırmaq və hər kəsin qoruyucu tibbi maskadan istifadə etməsi tələb olunacaq.
"Avropanın idman paytaxtı" adı Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən 2001-ci ildən etibarən 500 mindən çox əhalisi olan Avropa şəhərlərinə verilir.
Federasiya, həmçinin hər il 9-dan 19-dək şəhəri "Avropanın idman şəhəri" titulu ilə də təltif edir. Gəncə 2019-cu il üçün "Avropa idman şəhəri" tituluna layiq görülüb. Gəncə MDB məkanında bu ada layiq görülən ilk şəhər olub.