Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 05:28
Bakı. Trend:
Çili Prezidenti Sebastyan Pinyera koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının administrasiyasının mətbuat xidmətindən bildiriblər.
Bildirilir ki, həm prezident, həm də birinci xanım mövcud sanitariya standartlarına uyğun olaraq profilaktik karantin qaydalarına riayət edəcəklər.
Qeyd edilir ki, karantin müddəti ərzində ölkə prezidenti məsafədən öz fəaliyyətini davam etdirəcək.