Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pasport müddəti bitən miqrantların müvəqqəti yaşamasına icazə verilib - Xidmət rəisi

Pasport müddəti bitən miqrantların müvəqqəti yaşamasına icazə verilib - Xidmət rəisi

Tarix: 14 Yanvar 2021 10:56

Bakı. Samir Əli – Trend:

2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin çağrı mərkəzi fəaliyyətini gücləndirib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, miqrantlar bu çağrı mərkəzi ilə xidmətə müraciət ediblər: “Müraciətlər dərhal araşdırılıb və onların problemləri həll olunub. Pasport müddəti bitən miqrantların müvəqqəti yaşamasına icazə verilib. Əcnəbilərə şərait yaratdıq ki, onlar həmin sənədlərlə ölkə ərazisində problemsiz yaşaya bilsinlər. Əcnəbilərin rahatlığını təmin etmək üçün lazım olan şərait yaradılıb, onların miqrasiya problemləri ilə mütəmadi maraqlanılır”.


Etiketlər:  Pasport müddəti bitən miqrantların müvəqqəti yaşamasına icazə verilib Xidmət rəisi


RƏYLƏR