Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 14:03
Bakı. Trend:
Nəyə görə Avstraliyada təhsil cəlbedicidir və biz nə üçün bu mövzuya diqqət yetirməliyik? Bütün bunları A-Level Tədris Mərkəzinin direktoru Ayan Əliyevadan öyrəndik. Ayan xanım 15 ildən çoxdur ki, xaricdə təhsil sahəsində çalışır və yüzlərlə tələbənin dünyanın hər yerində universitetlərə qəbul olmasına kömək edir.
Niyə məhz Avstraliya istiqamətində qlobal işlər görürsünüz?
Ona görə ki, Avstraliya təhsil barəsində Azərbaycanda kifayət qədər qiymətləndirilməmiş bir ölkədir. Baxmayaraq ki, dünyada bu yanaşma tamamilə fərqlidir. Hər il dünyanın müxtəlif ölkələrindən yarım milyondan çox tələbə Avstraliyaya gəlir və bu rəqəmlər hər il artmağa davam edir.
Bəs sizin fikrinizcə bu populyarlığın səbəbi nədir?
Bunu müəyyən edən başlıca amil keyfiyyətdir. Həlledici amil isə, əlbəttəki, məzunların qurduqları parlaq karyeralardır.
Avstraliya universitetləri dünya reytinqində TOP 50-də yer alır. Təhsil istiqamətlərinin müxtəlifliyi və hətta ikili ixtisaslar burada çox populyardır. Həmçinin ölkənin siyasətini də qeyd etmək lazımdır. Avstraliya, ölkədə təhsil alanların, yaşamağa və işləməyə davam etmək istəyini təqdir edir.
İkili ixtisasların nə demək olduğunu bizə daha ətraflı izah edə bilərsinizmi?
Əlbəttə. İkili ixtisaslar eyni zamanda iki istiqamətdə təhsil almağa imkan verir.
Məsələn, Torrens Universiteti sizə magistratura dərəcəsində iki ixtisas üzrə eyni zamanda təhsil almaq imkanı təklif edir.
«Biznes üzrə İdarəetmə» və «Qlobal Layihələr üzrə İdarəetmə»
«Biznes üzrə İdarəetmə» və «İctimai Sağlamlıq»
«İctimai Sağlamlıq » və «Qlobal Layihələr üzrə İdarəetmə»
Vaxt itkisi olmadan eyni zamanda iki ixtisasa yiyələnməklə, əlbəttə ki, iş tapmaq üçün ikiqat şans əldə etmək olar. Bildiyimiz kimi hazırda bu heç vaxt olmadığı qədər aktualdır. Əlbəttə ki, bu, ixtisasların tam siyahısı deyil, ümümilikdə magistratura pilləsində 50-dən çox ixtisas mövcuddur.
Torrens Universiteti həmyaşıd universitetlər arasında 1-ci və həmçinin milli reytinqlərdə 5-ci sırada yer alır. Bəs sizcə bunun səbəbi nədir?
Məncə bu sualın cavabı üçün yenidən həlledici amilə qayıtmaq olar - karyera imkanları.
Torrens Universiteti biznes, dizayn və yaradıcı texnologiya, səhiyyə və otel biznesi sahələrində dünyanın ən nəhəng şirkətləri ilə əməkdaşlıq edir. Tələbələr PMI, Dior, Vogue, Sony, Marie Claire, Ella Bache, Emirates, Hyyat, Hilton kimi şirkətlərdə təcrübə əldə etdikdən sonra, həmçinin vakansiyalar üzrə işə də qəbul olurlar.
Tələbələrin 90%-i birinci ildən işə qəbul olurlar. Bunlar çox əhəmiyyətli göstəricilərdir və məhz bunlar Torrens Universitetinin bakalavr səviyyəsini seçmək üçün təsiredici amillərdir.
Universitetdə ümumilikdə, biznes, dizayn, səhiyyə, otel biznesi, layihələrin idarəedilməsi, təhsilin idarəedilməsi və idman sahələrində prestijli bir təhsil almaq istəyənlər üçün bakalavr səviyyəsində 70-dən çox ixtisas mövcuddur. Torrens Universitetinin tələbələri uğura sadəcə məzun olduqdan sonra çatmırlar, onlar uğuru öz akademik həyatlarının bir parçası edirlər.
Bundan əlavə, Avstraliyanın ən böyük şəhərlərində Torrens Universitetinin 4 kampusu var: Sidney, Brisben, Melburn, Adeleyd.
Təhsil müəssisəsinin infrastrukturuna öz kitabxanası daxildir. Həmçinin universitet öz tələbələrinə xüsusi tələbə yataqxanalarında yerləşmə imkanı da təklif edir. Torrens Universitetini seçərkən əhəmiyyətli bir üstünlük də universitetin yaxşı bir idman infrastrukturuna sahib olması ola bilər. Təhsil müəssisəsi Laureate Beynəlxalq Universitetlər qrupunun üzvüdür.
Siz Avstraliyada təhsil almağı uğurlu, Torrens Universitetindən isə qabaqcıl, inkişaf edən və unikal bir universitet kimi bəhs etdiniz. Bəs nəyə görə bu istiqamət Azərbaycanda, məsələn İngiltərə, Amerika və ya Kanada qədər populyar deyil?
Qeyd edim ki, Avstraliyada təhsilin səviyyəsi Amerika və İngiltərədəki ilə həqiqətən eynidir, sonrakı həyat üçün isə imkanlar və təhsil qiymətləri Kanadadakı kimidir. Həm də hava o qədər soyuq və buludlu deyil (gülür). Və bu suala belə cavab verə bilərəm- “İnsan amili qəza matrisasıdır“.
Təəssüf ki, yerli şirkətlər üçün Avstraliya ilə işləmək çətin və səmərəsizdir. Səbəbini izah edim.
Bu, ona görə səmərəli deyil ki, Torrens Universiteti kimi səviyyəli universitetlərlə əməkdaşlıq yazışmalar vasitəsilə yox, agentliklərin qapalı tədbirləri vasitəsilə ilə həyata keçir. Bundan əlavə, Top Universitetlər dünyanın müxtəlif bölgələrində büllur kimi təmiz bir nüfuza sahib, etibarlı və peşəkar bir tərəfdaş seçir.
Çətinlik ondadır ki, agentliklər Avstraliya vizasını öhdələrinə götürmürlər və ya götürdükdə viza tarixçəsini korlayırlar.
Təhsil ilə paralel olaraq işləmək və gələcəkdə Avstraliyada qalmaq mümkündürmü?
Bəli, mümkündür. Avstraliya çox çevik şərtlər təqdim edir. Avstraliyada oxuyarkən tələbələr həftədə 20 saat işləyə bilərlər.
Məzun olduqdan sonra tələbə “Məzun vizası” ala bilər və təhsil proqramından asılı olaraq əlavə 18 aydan 4 ilə qədər Avstraliyada qala bilər. Məzun vizası həm də iş vizasıdır və ixtisas üzrə təcrübə toplamağa imkan verir.
Torrens Universiteti əməkdaşının vəzifələri nələrdir?
Əsas vəzifəmiz bu universitetdə və əlbəttə ki, Avstraliyanın özündə tələbələr üçün yaradılan imkanları hərtərəfli şəkildə izah eməkdir. Axı xaricə gedən bir tələbə yalnız bir peşə və universitet yox, həm də ölkə seçimi qarşısındadır. Hətta Torrens Universitetində oxumağın üstünlüklərinin kiçik bir hissəsi belə onu rəqabətədavamlı edir, hamısı isə tam üstünlüyü ona verir.
Bundan əlavə, pulsuz konsultasiyalar aparırıq, Torrens Universiteti haqqında geniş məlumat veririk, universitetə müraciət edirik, viza tarixçəsini viza dəstəyi həyata keçiririk, korlamadan (gülür).
A-Level - Torrens Universitetinin Azərbaycandakı kiçik səfirliyidir.
Söhbət üçün təşəkkür edirik. Bu gün xaricdə təhsil sahəsinin pərdə arxası bizim üçün bir az aydınlandı və biz Torrens Universiteti haqqında çox şey öyrəndik.
Təhsil sahəsinə olan marağınız üçün sizə təşəkkür edirəm!
A-Level Education Group ilə əlaqə saxlamaq üçün:
Mob.: +994 70 235 91 95
Elektron poçt: [email protected]
Veb-sayt: www.a-level.az
Xaricdə təhsil konsultasiyası üçün müraciət forması:
https://forms.gle/3W1Ng7tHUUSeF9U37